Borrel Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən yazıb

Dünya

19.07.2022 - 03:40

Həkimlər Klinikalar SEO Xidməti

Borrel: "Bu görüş məsələnin hərtərəfli həlli yolunda mühüm addımdır"

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşü alqışlayıram”.

AYNA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel "Twitter" hesabında yazıb:

“Bu görüş məsələnin hərtərəfli həlli yolunda mühüm addımdır. Avropa İttifaqı sülhsevər və təhlükəsiz Cənubi Qafqazı bütövlüklə dəstəkləyir. Münasibətlərin normallaşması, sülhün əldə edilməsinə yalnız birbaşa dialoqla nail olmaq mümkündür”.

Qeyd edək ki, iyulun 16-da Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub. Bu, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk ikitərəfli görüş idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş