"ABŞ dünya silah bazarının ümumi payının 39 faizi ilə birinci yeri tutur"
Rusiya Baş nazirinin müavini Yuri Borisov Rusiyanın dünya silah bazarındakı payının miqdarını açıqlayıb.
AYNA-nın TASS-a istinadən xəbərinə görə, Borisov silah bazarındakı payla bağlı suala belə cavab verib: "ABŞ dünya silah bazarının ümumi payının 39 faizi ilə birinci yeri tutur. Büdcəsi xeyli az olan Rusiya isə dünya bazarında 20 faizə yaxın sabit paya malikdir”.
Xatırladaq ki, ötən ilin noyabrında “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirmişdi ki, şirkətin hava hücumundan müdafiə sistemləri üçün sifarişlər üzrə ixrac portfeli təxminən 14 milyard dollar təşkil edib. Onun sözlərinə görə, ən populyar modellər S-400 "Triumf" hava hücumundan müdafiə sistemi, "Favorit" hava hücumundan müdafiə sistemi, "Buk-M2E" hava hücumundan müdafiə sistemi, "Pantsir-S1" hava hücumundan müdafiə raket sistemi və "İqla-S MANPADS"dır.