Prezidentlik uğrunda iyirmi yeddi namizəd mübarizə aparır
Bu gün Bolqarıstanda prezident seçkiləri keçirilir. AYNA.AZ bolqar mediasına istinadən bildirir ki, yerli vaxtla səhər saat 7:00-da ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb və 6,6 milyon seçicinin səs verə biləcəyi yerlər müəyyən edilib. Səsvermə dünyanın 60 ölkəsində də keçirilir.
Prezidentlik uğrunda iyirmi yeddi namizəd mübarizə aparır.
Seçkilərin ilk qeyri-rəsmi nəticələri saat 20:00-dan (Bakı vaxtı ilə saat 22:00) sonra, seçki məntəqələri bağlandıqda məlum olacaq. Rəsmi nəticələr oktyabrın 27-də açıqlanacaq.
Bolqarıstan Prezidenti xalq səsverməsi ilə beş illik müddətə seçilir və maksimum iki dəfə ardıcıl olaraq vəzifə yerinə yetirə bilər. Vitse-prezident də prezidentlə eyni vaxtda seçilir.