Bolqarıstanda fövqəladə vəziyyət elan edilib

Dünya

25.09.2022 - 18:27

Həkimlər Klinikalar SEO Xidməti

Ordu hissələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Bolqarıstanda fövqəladə vəziyyət elan edilib. AYNA xarici mediaya istinadən bildirir ki, buna səbəb ölkənin cənub-şərqində qeyri-qanuni miqrant axınıdır.

Qeyd edilib ki, bu gündən etibarən yerli sərhəd polisi, jandarma və meşə təsərrüfatının qüvvələri, həmçinin müvafiq rayonda yerləşən ordu hissələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Biz sərhədlərimizi qeyri-qanuni mühacirlərdən qorumaq üçün fəal hərəkətlərə keçirik”, - deyə Bolqarıstanın daxili işlər naziri İvan Demerciev deyib.

Rəsmi məlumata görə, Bolqarıstan-Türkiyə və Bolqarıstan-Yunanıstan sərhədlərində ölkənin Burqas, Yambol və Haskovo bölgələrində müvafiq məhdudiyyətlər tətbiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş