Bolqarıstan Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək

Dünya

09.12.2022 - 04:52

Görüş zamanı bir sıra məsələlər müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radev Türkiyəyə səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Bolqarıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş gözlənilir.

Görüşdə Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək, əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Görüş zamanı cari, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi də nəzərdə tutulub.

Müəllif: Ayna.az