ABŞ dövlət katibi uzunmüddətli nizamlanma üzrə danışıqlar üçün yaxın perspektiv görmədiyini açıqlayıb
ABŞ dövlət katibi Antoni Blinken Ukraynada uzunmüddətli nizamlanma üzrə danışıqlar üçün yaxın perspektiv görmədiyini açıqlayıb. AYNA xəbər verir ki, Blinkenin çıxışı Dünya İqtisadi Forumunun saytında yerləşdirilib.
ABŞ rəsmisi Ukrayna böhranının həlli ilə bağlı məsləhətləşmələrin başlanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “hazırda bunu görmürəm", deyib.
Qeyd edək ki, bundan əvvəl Davosda görüş zamanı Blinken Ukrayna Prezidenti Volodimir Zelenskiyə Kiyevə gələcəkdə dəstək vəd etmişdi. ABŞ dövlət katibi əmin edib ki, ölkə Ukraynaya dəstək vermək niyyətindədir. Amerika rəsmisi həmçinin əlavə edib ki, Avropa ölkələri də eyni mövqedən çıxış edirlər.