Bir dəqiqəlik sükut

Xəbərlər

20.01.2023 - 12:01

20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AYNA xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Müəllif: Ayna.az