"Bir ağac-min nəfəs" - Lənkəranda aksiya keçirilib

Xəbərlər

26.03.2023 - 19:46

“Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası davam edir

"Bir ağac-min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası Lənkəranda yerləşən "Bazarstore" marketin qarşısında keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, nazirlik və "Bazarstore" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 316 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.

Qeyd edək ki, Lənkəranda keçirilən aksiyada vətəndaşlar olduqca fəal iştirak edib, aksiyalar müddətində ən çox şüşə tullantı burada təhvil verilib.

Nazirlik hər kəsi aksiyalarda bu cür fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırır.

Tingpaylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.

"Bir ağac-min nəfəs" - Lənkəranda aksiya keçirilib
Müəllif: Ayna.az