Biləsuvar sakini buzlu yolda yıxılaraq ölüb

Hadisə

16.01.2024 - 00:25

Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb.

Baş nahiyəsindən ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az