Bəxtiyar Hacıyev həbsdə qaldı

Xəbərlər

20.02.2023 - 16:19

cedabet dərman SEO Xidməti

Məhkəmə şikayəti təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

AYNA xəbər verir ki, bu barədə vəkil Aqil Layıç bildirib. Qeyd edib ki, məhkəmə tərəfindən B.Hacıyevin şikayəti əsassız hesab olunub.

Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş