Berset İsveçrə Prezidenti seçilib

Dünya

07.12.2022 - 17:42

Federal Məclisdə 232 nümayəndədən 140 nəfər onun lehinə səs verib

Bu gün İsveçrədə Birləşmiş Federal Məclis yeni Federal Hökuməti seçib. AYNA xarici mediaya istinadən bildirir ki, federal hökumətin üzvü, vitse-prezident Alen Berset növbəti bir il müddətinə Federal Prezident vəzifəsinə seçilib.

Federal Məclisdə 232 nümayəndədən 140 nəfər onun lehinə, 41 nəfər əleyhinə səs verib, 46 nümayəndə seçki vərəqəsini boş, beş nəfər isə etibarsız şəkildə təhvil verib.

Müəllif: Ayna.az