“Moskva xüsusilə Buça hadisələrindən sonra baş verənlərə görə məsuliyyətini inkar edə bilməz”
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni Rusiya Prezidenti Vladimir Putinin Ukraynada işğalçı müharibəyə başlamaq əmrindən məyus olduğunu bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, Berluskoni təəssüfləndiyini qeyd edib.
“Dünya qarşısında çox ciddi məsuliyyət daşıyan Putinin davranışından dərin məyus olduğumu və üzüldüyümü gizlədə bilmərəm və gizlətmək də istəmirəm”, - deyə Berluskoni bildirib.
Keçmiş Baş nazir deyib ki, Moskva xüsusilə Buça hadisələrindən sonra baş verənlərə görə məsuliyyətini inkar edə bilməz. Berluskoni hərbi qulluqçuların bəzi hərəkətlərini hətta müharibə vaxtı üçün də qəbuledilməz adlandırıb.
Qeyd edək ki, 2021-ci ildə Berluskoni Putini yeganə görkəmli lider adlandırmışdı.