Belçika Rusiyadan almaz idxalını bərpa edib

Dünya

19.04.2024 - 12:40

Qışın sonunda ölkəyə 197 min avro dəyərində 25 kiloqram brilyant idxal edilib

Belçika üç aylıq fasilədən sonra fevral ayında Rusiyadan sənaye almazlarının idxalını bərpa edib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Avropa Statistika Xidmətinin məlumatlarında qeyd olunub.

Qışın sonunda ölkəyə 197 min avro dəyərində 25 kiloqram brilyant idxal edilib. Bu, oktyabr ayından bəri ilk çatdırılma və keçən apreldən bəri ən böyük çatdırılma olub.

2023-cü ildə Belçika Krallığı Rusiyadan üç milyon avro dəyərində qiymətli daş alıb.

Dekabrın 18-də Avropa İttifaqı G7 ölkələri ilə əməkdaşlıq çərçivəsində 12-ci anti-Rusiya sanksiyalar paketi çərçivəsində 2024-cü il yanvarın 1-dən rus almazlarının idxalına qadağa qoyub.

Müəllif: Ayna.az