“Baykar” şirkətinin texniki direktoru Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olub
Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub.
İqtisadi Zonaların İnkişafı Agentliyindən AYNA-ya bildirilib ki, qonağa ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.
Sonra Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin fəaliyyəti ilə tanış olub.