Bayden və Tramp tərəfdarları üçün mitinqlər keçirəcəklər

Dünya

28.06.2024 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

Bayden Şimali Karolinada, Tramp Virciniya ştatında mitinq keçirəcək

ABŞ Prezidenti Co Bayden və ABŞ-ın keçmiş lideri Donald Tramp mübahisə ilə yadda qalan debatdan sonra cümə günü əsas ştatlarda mitinqlər keçirməyi planlaşdırırlar. AYNA xəbər verir ki, bu barədə “Washington Post” mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Bayden Şimali Karolina ştatının Roli şəhərində çıxış etməyi planlaşdırır. Tramp isə Virciniya ştatının Çesapik şəhərində respublikaçıların mitinqində çıxış edəcək.

Bayden və Tramp arasında debat iyunun 28-nə keçən gecə baş tutub. İştirakçılar söhbətdən 20 dəqiqə sonra şəxsi təhqirlərə keçiblər. Müzakirələr başlamazdan əvvəl keçmiş və indiki prezidentlər əl sıxmayıblar.

Qərb mediasının müşahidəçiləri debatı “Bayden üçün fəlakət” kimi qiymətləndiriblər. Vitse-prezident Kamala Harris bildirib ki, amerikalılar onun çıxışlarına deyil, ölkə üçün görülən bütün işlərə diqqət yetirməlidirlər.

Müəllif: Ayna.az