Bayden və Si Cinpin G20 sammiti çərçivəsində görüşəcək

Dünya

11.11.2022 - 00:26

cedabet dərman SEO Xidməti

Bir sıra regional və qlobal problemlərin müzakirə ediləcəyi gözlənilir

ABŞ Prezidenti Co Bayden ilə Çin Sədri Si Cinpin arasında görüş keçiriləcək.

AYNA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Görüş noyabrın 14-də İndoneziyanın Bali adasında keçirilən Böyük İyirmilik (G20) sammiti çərçivəsində baş tutacaq.

“Liderlər Birləşmiş Ştatlarla Çin arasında kommunikasiya xətlərinin saxlanılması və genişləndirilməsi səylərini müzakirə edəcək.Tərəflər qlobal ictimaiyyəti maraqlandıran transmilli çağırışlarda birgə işləmək barədə müzakirələr aparacaq. Liderlər bir sıra regional və qlobal problemləri də müzakirə edəcəklər”, – deyə Ağ Evin sözçüsü bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş