Dəməşqə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər qüvvədə qalır
ABŞ Prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyalar rejiminin müddətini daha 1 il uzatmaq barədə qərar qəbul edib.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Söhbət Vaşinqtonun 2004-cü ildən 2012-ci ilə qədər Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə qalmasından gedir. Bu restriksiyalar, xüsusilə ABŞ-ın yurisdiksiyası altında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin ABŞ-ın müəyyən kateqoriyalı məhsul və xidmətlərinin Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.