Baş prokuror: “Videoda saxta elementlər var”

Xəbərlər

06.10.2022 - 14:47

cedabet dərman SEO Xidməti

Kamran Əliyev hərbçilərlə bağlı yayılan görüntülərdən danışıb

“Hərbçilərlə bağlı yayılan videolar bizi çox narahat etdi”.  AYNA xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqi zamanı baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hərbçilərinin olduğu iddia edilən şəxslərin qarşı tərəfə münasibətdə hərəkətləri birtərəfli mövqe yaradıb:

“Videoda saxta elementlər var. Araşdırma aparılmalıdır. Məlum görüntülər var. Ermənistan ərazisində müharibə getməyib, cinayətlər ermənilərə qarşı törədilməyib. Və əraziləri də dağıdılmayıb. Kimlər tərəfindən çəkildiyi aydınlaşdırılmalıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş