Martın 17-də Milli Məclisdə hökumətin hesabatı dinləniləcək
Martın 17-də Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinləniləcək. AYNA xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
Spiker deyib ki, Milli Məclisin növbəti iclası martın 17-də keçiriləcək, hökumətin hesabatı dinləniləcək.
Qeyd edək ki, prosedura görə, hökumətin illik hesabatını Baş nazir təqdim edir.