"Baku Bus"un sürücüsü saxlanılıb

Xəbərlər

11.11.2022 - 12:42

cedabet dərman SEO Xidməti

Hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub

Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub.

Həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş