Bakıya yağış yağacaq

Xəbərlər

01.02.2023 - 15:38

Sabahın hava proqnozu açıqlanıb

Fevralın 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gündüz havanın çiskinli olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Rayonların bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-9° isti, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Müəllif: Ayna.az