Bakıda yataqxanada yanğın olub

Xəbərlər

12.11.2022 - 23:58

cedabet dərman SEO Xidməti

Yanğın zamanı 25 nəfər təxliyə edilib

Bakının Xəzər rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş