Bakıda uşaq evindən oğurluq edən qadın saxlanılıb

Xəbərlər

10.12.2022 - 14:21

cedabet dərman SEO Xidməti

Qadın ifadəsində törətdiyi hadisəni etiraf edib

Paytaxtın Nəsimi rayonunda yerləşən uşaq evlərinin birindən oğurluq edilib. Bu barədə AYNA-ya DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Kərimova saxlanılıb.

O, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş