Bakıda Rusiya universitetlərinin təhsil sərgisi başa çatıb

Xəbərlər

13.11.2022 - 22:53

cedabet dərman SEO Xidməti

Sərgidə Rusiyanın 7 şəhərindən 15 ali məktəb iştirak edib

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi başa çatıb. Bakıdakı Rus Evində (RİMM) təşkil olunan sərgidə Rusiya ali məktəblərinin nümayəndələri 100-dən çox abituriyent və onların valideynləri, ictimai təşkilatların nümayəndələri və Azərbaycanın məzunları ilə görüşüblər.

RİMM-dən AYNA-ya verilən məlumata görə, sərgidə Rusiyanın 7 şəhərindən 15 ali məktəb iştirak edib.

Sərgi çərçivəsində Rusiya universitetlərinin nümayəndələri ilə azərbaycanlı həmkarları arasında görüşlər də keçirilib.

Sərgiyə Rusiya ali təhsil müəssisələrinin nümayəndələrinin təntənəli mükafatlandırılması mərasimi və Bakı Musiqi Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Alena İnyakinanın rəhbərliyi ilə konsert proqramı ilə yekun vurulub.

Bakıda Rusiya universitetlərinin təhsil sərgisi başa çatıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş