Sürücülərin diqqətinə!

Xəbərlər

01.11.2019 - 10:32

Yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etməsiniz xahiş olunur

 

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində svetoforların işində texniki problem yaranıb. Bakı Nəqliyyat Agnetliyinin (BNA) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hazırda svetoforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.

 

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Müəllif: Ayna.az