Paytaxtda tez-tez cənub küləyi şimal küləyi ilə əvəzlənəcək
Fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək Bakıda və Abşeron yarımadasında tez-tez cənub küləyinin şimal küləyi ilə əvəzlənəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23 metrədək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən ölkənin dağlıq və dağətəyi rayonlarında qərb küləyinin arabir 20-25 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.