Bakıda intihara cəhdin qarşısı alınıb

Hadisə

16.01.2022 - 20:48

Psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb

Bakıda intihara cəhdin qarşısı alınıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Nəsimi rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə