Bakıda hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib

Xəbərlər

08.11.2022 - 11:26

cedabet dərman SEO Xidməti

Yürüşlər 3 marşrut üzrə təşkil edilib

Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib. AYNA xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə təşkil edilib:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş