Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, sabahdan hava şəraiti dəyişəcək. Havanın qısa müddətə yağıntılı olacağı gözlənilir.
Fevralın 23-ü axşama doğru havanın arabir yağıntılı olacağı, fevralın 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, fevralın 24-də gün ərzində fasilələrlə sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
Rayonlarda fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 22-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.