Bakıda fəhlə yıxılaraq ölüb

Hadisə

21.02.2023 - 15:59

Binəqədi Rayon Prokurorluğu məlumat yayıb

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. AYNA xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Müəllif: Ayna.az