Bakıda fəhlə dəzgahın bunkerinə yıxılaraq ölüb

Xəbərlər

22.10.2022 - 13:51

cedabet dərman SEO Xidməti

Xalıq Əmirov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb

Bakıda fəhlə işlədiyi müəssisənin qurutma dəzgahının bunkerinə yıxılaraq ölüb.

Nərimanov Rayon Prokurorluğundan AYNA-ya bildirilib ki, oktyabrın 21-i saat 13 radələrində Nərimanov rayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Xalıq Əmirov müəssisənin ərazisində yerləşən işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş