Sərgi oktyabrın 9-dək davam edəcək
Oktyabrın 5-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Rusiya stendinin açılış olub.
AYNA xəbər verir ki, tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin Kitab sənayesi departamentinin rəhbəri Vladimir Qriqoryev, “Rossodrudniçestvo” agentliyinin nümayəndəsi İrek Zinnurov və yazıçı Yevgeniya Vodolazkina çıxış edib.
Bildirilib ki, Azərbaycan unikal yerdir. Bu torpaq qədim türk, fars və slavyan xalqlarını tarix boyu birləşdirib. Azərbaycan indi də insanları bir yerə toplayır, birbirlərini başa düşməyə çağırır, onlara multikultural dəyərlər aşılayır.
Bildirilib ki, gün ərzində Rusiya Federasiyası stendinin qarşısında bir sıra tədbirlər, yazıçılarla görüşlər təşkil olunacaq. Yazıçı Afanasi Mamedovla şair Alina Talıbova arasında Bakı haqqında dialoq keçiriləcək. Maksim Zamşev redaktoru olduğu “Literaturnaya qazeta” jurnalının tarixi və bu günü haqqında danışacaq.
Qeyd edək ki, sərgi oktyabrın 9-dək davam edəcək.