Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

Xəbərlər

01.01.2022 - 23:07

Həkimlər Klinikalar SEO Xidməti

Xilasedicilər mənzilə eyvandan daxil olub, uşağı xilas edərək aidiyyəti üzrə təhvil veriblər

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 17-ci mikrorayonda 1 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü uşağın beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə mənzilə eyvandan daxil olub, uşağı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş