Azərbaycanın Fransadakı səfiri Topçubaşovun məzarını ziyarət edib

Xəbərlər

20.01.2023 - 17:14

cedabet dərman SEO Xidməti

Leyla Abdullayeva: “Torpaq əgər uğrunda ölən varsa Vətəndir”

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurasının sədri Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib. AYNA xəbər verir ki, səfir bununla bağlı “Twitter” hesabından fotolar paylaşıb.

“20 Yanvar şəhidlərinin Anım Günündə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etmək üçün görkəmli ictimai-siyasi xadim, ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etdik. Torpaq əgər uğrunda ölən varsa Vətəndir”, - deyə L.Abdullayeva paylaşımda qeyd edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş