Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub

Cəmiyyət

17.04.2022 - 19:12

cedabet dərman SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ötən sutka koronavirusdan bir nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 792 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib. 140 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 297, bu günə qədər isə ümumilikdə 6 769 897 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş