"Qadına qarşı şiddətə çağırış edən müğənnini toya çağırmayın"

Cəmiyyət

26.08.2019 - 01:14

Həkimlər Klinikalar SEO Xidməti

"Toydan pul qazananlar heç vergi də vermirlər, bu da ayrı bir problemdir"

 

"Xanımlara qarşı şiddət törədənlər çox sərt cəzalanmalıdı - bu müzakirə belə edilə bilməz. Amma məsələnin kökündən həlli xanımların iqtisadi müstəqilliyinin artmasından, hüquqi dövlət qurmaqdan, şiddət uyğulayanlara, belə düşünənlərə qarşı ciddi ictimai qınağın olmasından keçir". AYNA xəbər verir ki, bu fikirləri Real partiyasının icra katibi Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb. 

 

Natiq Cəfərli: "Əgər hər hansı bir müğənni qadına şiddətə çağırış edirsə onu toya çağırmayın, o oxuyan restorana getməyin, ciddi boykot uyğulayın - eləsi qələt edib bir də ağzına elə sözlər alar. Çünki Azərbaycanda müğənnilərin hamısı ancaq toydan, restoranlardan dolanır, konsert verib, disk satıb pul qazanan yoxdur. Toydan pul qazananlar heç vergi də vermirlər, bu da ayrı bir problemdir" - deyə, qeyd edib. 

 

Qeyd edək ki, müğənni Nadir Qafarzadə Türkiyədə baş verən Əminə Bulud cinayati ilə bağlı "Qadın pisdirsə, başı kəsilməlidir" fikirini səsləndirib. 

Müəllif: Ayna.az