Sayımız açıqlandı

Cəmiyyət

17.10.2019 - 19:10

Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir

 

Ölkə əhalisinin sayı ilin əvvəlindən 53894 nəfər və ya 0,5 faiz artaraq, 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10035351 nəfərə çatıb. Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

 

Bildirilib ki, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşan, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.

Müəllif: Ayna.az