Bakı-Sumqayıt yolundan istifadə edənlərin nəzərinə!

Cəmiyyət

12.10.2019 - 18:52

Xırdalan dairəsindən Masazır dairəsi istiqamətində təmir işləri aparılacaq 

 

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

 

AYNA xəbər verir ki, Bakı-Sumqayıt yolunun Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqamətində) hissəsi təmir işlərinin aparılması ilə əlaqədar oktyabrın 12-dən etibarən avtomobillərin hərəkəti üçün qismən məhdudlaşdırılıb.

 

Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

 

Müəllif: Ayna.az