Mətbuatın “Troya atı”ndan KİV-ə, yoxsa kimə dəstək?!

Cəmiyyət

28.08.2019 - 16:41

Bir gün o media xanədanlığı” çökəcək, altında qalacaqlar və gözlərinisahil”ə diksələr də, “xilas gəmisigəlməyəcək...

 

Azərbaycanda ciddi islahatlara ehtiyacı olan qurumlardan biri də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur (KİVDF). Bu haqda uzun illərdir yazılır. Yəni, yarandığı gündən indiyə qədər bu qurum mətbuatın inkişafı naminə heç bir uğurlu addım atmayıb, əksinə mənasız, tərəfli müsabiqələr, tədbirlər keçirməklə fəaliyyətini “yola verməyə” çalışıb. Hətta, bu “yola vermə” o həddə çatıb ki, özünün heç bir proqressiv addımı olmayan bu qurum zaman-zaman ölkə başçısının, mediaya birbaşa aidiyyəti olan şəxs və qurumların gördüyü işləri də öz uğurları kimi təqdim etməyə çalışır.

 

Ölkə başçısının mediaya diqqəti, imkansız jurnalistlərin mənzil probleminin həlli ilə bağlı son illərdə gördüyü işləri də KİVDF adlı bu qurum özünün “qəhrəmanlığı” və fəaliyyəti kimi qabardır. Nəticə isə göz qabağındadır: hətta Prezidentin apardığı bu uğurlu islahatları, gördüyü işləri öz maraqlarına uyğun icra etməklə narazılıq müstəvisi yaradıblar. Soruşan da yoxdur ki, axı bu vəsaitlər sizin şəxsi malınız-mülkünüz deyil, ölkə başçısının qayğısıdır...

 

Əcəba, düşünmürlərmi, niyə son bir neçə ildə ölkənin bir çox tanınmış media nümayəndələri, ictimai xadimləri, deputatlar artıq dilə gəliblər, mediada islahatların vacibliyini vurğulayırlar? Düşünürlər, amma bu onların merkantil maraqlarına ziddir.

Ayna.az