“Biz istəyirik ki, sənəd “Media haqqında” qanunla birlikdə müzakirə edilərək qəbul olunsun"
“Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı əlimizdə layihə var”.
AYNA-nın “Report”a istinadən xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, sənəd özündə 5 illik vergi güzəştlərini ehtiva edir: “Biz istəyirik ki, sənəd “Media haqqında” qanunla birlikdə müzakirə edilərək qəbul olunsun”.