Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

10.02.2023 - 17:36

cedabet dərman SEO Xidməti

Son sutkada koronavirus əleyhinə 275 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 275 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 64, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 54, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 14 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 945 002, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 798, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 810, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 265 387 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş