Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub

Hadisə

19.01.2024 - 22:21

Seysmohadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb

Azərbaycanın Mil-Muğan iqtisadi rayonunun ərazisində 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə AYNA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verilənlərinə əsasən, seysmohadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.

Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.

Müəllif: Ayna.az