Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
İqtisadiyyat Nazirliyindən AYNA-ya verilən məlumata görə, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı fevralın 15-də keçirilən hərracda Xızıda yerləşən “Şurabad” qum yatağının 22 hektar, Balakəndə “Göyəmtala” gil yatağının 3,22 hektar, Qazaxda “Aşağı Salahlı” gil yatağının və “Daş Salahlı-III” sement xammalı yatağının müvafiq olaraq 20 hektar və 25 hektar, Ağstafada “Acıdərə” vulkan külü yatağının 6 hektar sahəsi istifadəyə verilib. Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür. https://clck.ru/33Yw9k