Azərbaycana qanunsuz yolla keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıb

Xəbərlər

13.03.2023 - 13:14

cedabet dərman SEO Xidməti

Üç nəfərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib

Mart ayının 12-də saat 19:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən termal videomüşahidə kameraları vasitəsilə üç nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, sərhəd zastavasının xidməti ərazisi qapadılıb, sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları Davud Əfşar Canmurad oğlu, Nadir Cümə Abdulrauf oğlu və Nəcibulla Halili Abdulnəzər oğlu olduqları müəyyən edilib. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş