“Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”
Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında məlumat yerləşdirilib.
“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, 2022-ci ilin ilk günlərindən Qazaxıstanda bahalaşma əleyhinə aksiyalar başlayıb. Rəsmi rəqəm açıqlanmasa da, xeyli sayda insanın həyatını itirdiyi bildirilir. Qazaxıstanda rəsmi matəm elan olunub.