Azərbaycan Prezidenti yunanıstanlı həmkarına başsalığı verib

Xəbərlər

03.03.2023 - 16:02

cedabet dərman SEO Xidməti

İlham Əliyev: “Xəbər bizi son dərəcə kədərləndirdi”

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya başsalığı verib.

AYNA-nın xəbərinə görə, məktubda deyilir:

“Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş