Azərbaycan Prezidenti sərhəddəki təxribatdan danışdı

Aktual

12.04.2023 - 13:15

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Ermənistan dünən sərhəddə baş vermiş insidenti məqsədyönlü şəkildə törədib”

“Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesi iki istiqamət üzrə həyata keçirilir”. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib.

Dövlət başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğulayıb və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini deyib və onların Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirib.

“Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilib”, - deyə Prezident vurğulayıb.

Müəllif: Ayna.az