Azərbaycan Arutyunyanı İnterpolun axtarışına verib - <font color=red> RƏSMİ</font>

Aktual

30.10.2020 - 15:47

Bununla yanaşı, separatçı qondarma qurumun “rəhbər” şəxsləri də beynəlxalq axtarışa verilib

 

Separatçı quldur rejimin “rəhbəri” Araik Arutyunyan və digərləri sosial şəbəkələrdə Azərbaycanın dinc əhalisini məhv etməyə çağırış edirlər. AYNA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bildirib.

 

Baş prokurorun sözlərinə görə, istintaqın ilkin nəticəsində qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Araik Arutyunyan, onun köməkçisi David Babayan, “müdafiə naziri” Cəlal Arutunyan və qondarma qurumun qondarma “parlamenti”nin nümayəndəsi Armen Babacanyanın cinayət məsuliyyətinə сəlb edilməsi üçün Baş Prokurorluq tərəfindən müvafiq qərarlar çıxarılıb, onlar barədə axtarış elan edilib.

 

“Bu qərarlaın icrası üçün Azərbaycanın müvafiq qurumlarına, o cümlədən, İnterpola müraciət olunub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən “müdafiə naziri” Cəlal Arutunyan barədə müavafiq tədbirlər görülüb. Bizim məlumata görə, o, məhv edilib. Ermənistan tərəfi isə onun ağır yaralandığını bildirir, onun üçün ölümü təsdiqlənmir. Bizdə hələlik rəsmi təsdiq olmadığına görə Cəlal Arutyunyan barədə axtarış elan olunub. Ölümü təsdiqlənsə, onun haqqında cinayət işinə xitam veriləcək. Onlar bu cinayətləri Ermənistanın digər vəzifəli şəxsləri ilə birlikdə törədiblər”, deyə Baş prokuror vurğulayıb.

Müəllif: Ayna.az