Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

İqtisadiyyat

24.01.2023 - 10:53

Dünya birjalarında neftin qiymətləri dəyişib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,12 dollar azalaraq 88,07 dollar təşkil edib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 81,64 dollar olub.

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,2 ABŞ dolları və ya 2,45% artaraq, 92,11 dollar olub.

Müəllif: Ayna.az