Azərbaycan neftinin qiyməti 2% artıb

İqtisadiyyat

10.12.2022 - 09:34

Neftin qiymətində bahalaşma müşahidə olunub

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,42 ABŞ dolları, yaxud 1,8 % artaraq 79,49 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 76,10 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Müəllif: Ayna.az